Bank “BTB” ASC BOKT-a çevrilir - Təcili
Bakı, 6 mart 2026 – Azərbaycan Respublikası Mərkəzi Bankı Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatı (BOKT) formasında yenidən təşkilinə qabaqcadan razılıq verib. Qərar Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli iclasında qəbul olunub.
Mərkəzi Bankın məlumatına görə, qərar Bank “BTB” ASC-nin müraciəti əsasında və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilib. Verilən razılığa əsasən, bankın BOKT-yə çevrilməsi ilə bağlı zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” çərçivəsində və Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu proses çərçivəsində Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb.
Müqaviləyə əsasən:
- Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə xidmət ABB-də davam etdiriləcək və mövcud şərtlər dəyişdirilməyəcək;
- Müştərilər istədikləri halda depozitlərinin ABB tərəfindən geri qaytarılması da təmin olunacaq;
- Bank “BTB” ASC-yə kredit borcu və digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək;
- Kredit ödənişlərinin qəbulu bundan sonra ABB tərəfindən həyata keçiriləcək.
Qeyd olunub ki, müştərilərə bu dəyişikliklərlə bağlı məlumatlar həm ABB, həm də Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə təqdim ediləcək.
Mərkəzi Bank vurğulayıb ki, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçilər üçün heç bir risk və ya təhdid yaratmır.
Statistikaya görə, Bank “BTB” ASC-nin bank sektorundakı payı nisbətən kiçikdir. Belə ki, bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 0,9%, sektorun öhdəliklərində isə 0,6% təşkil edir.
Xatırladaq ki, bankın əsas səhmdarı 76.7% payla Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva
Teqlər: