Azeri Light nefti 98 dollara yüksəlib
Azərbaycanın Azeri Light markalı xam neftinin qiyməti dünya bazarlarında bir barel üçün $98.19-a yüksəlib. Bu, əvvəlki bir barel üçün $91.22 qiymətlə müqayisədə $6.97 və ya 7.64% artım deməkdir.
Azərbaycanın 2026-cı il dövlət büdcəsi Azeri Light neftinin orta qiymətinin bir barel üçün $65 olması əsasında hazırlanıb.