Azeri Light neftinin qiyməti $73.71-ə yüksəlib
İstinad edilən indekslər:
Azərbaycanın Azeri Light (CIF) markalı xam neftinin qiyməti qlobal bazarlarda artıb. Azərbaycan neftinin bir bareli $0.78, yaxud 1.1% bahalaşaraq $73.71-ə çatıb. Əvvəlki qiymət bir barel üçün $72.93 olub.
Bu il Azərbaycanın dövlət büdcəsində Azeri Light xam neftinin orta qiyməti bir barel üçün $65 səviyyəsində müəyyən edilib.