Elnur Məmmədov ABŞ diplomatları ilə TRIPP təşəbbüsünü müzakirə edib
8 sentyabrda xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanda səfərdə olan ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlos ilə görüşüb. Görüşdə sülh prosesi və TRIPP, yəni Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu təşəbbüsünün icrası müzakirə olunub.
Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər, sülh prosesinin irəlilədilməsi, regionda uzunmüddətli dayanıqlı sülh və sabitliyin təmin edilməsi diqqət mərkəzində olub. İştirakçılar Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü və üçtərəfli bəyanatın imzalanması ilə bağlı ABŞ-a son səfərinin nəticələri barədə fikir mübadiləsi aparıblar.
Müzakirələrdə TRIPP təşəbbüsü üzrə irəliləyiş və marşrutun infrastrukturunun tikintisinə nəzarət edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması da nəzərdən keçirilib. Bundan əlavə, tərəflər Azərbaycan və ABŞ arasında ikitərəfli gündəliyi müzakirə edib, Strateji Tərəfdaşlıq haqqında Xartiyada nəzərdə tutulan gələcək əməkdaşlıq perspektivlərini araşdırıblar.
Teqlər: