İsrail erməni soyqırımını tanıdı
İsrail hökuməti qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanımaq barədə qərarı yekdilliklə dəstəkləyib. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, qərar onun şəxsən təklif etdiyi qətnamə layihəsi əsasında qəbul edilib. Saar Osmanlı imperiyasının son illərində erməni xalqına qarşı törədilmiş soyqırımının tanınmasını həm mənəvi, həm də tarixi borc kimi qiymətləndirib. Qanun layihəsi plenar səsvermə üçün Knessetə təqdim olunacaq.
Buna cavab olaraq, rəsmi Bakı İsrail hökumətini bu qərara yenidən baxmağa çağırıb.
Teqlər: