Azərbaycan neftinin qiyməti 107 dolları keçib
İstinad edilən indekslər:
Qlobal bazarda Azərbaycan neftinin qiyməti bir barel üçün $107-ni keçib. Konkret olaraq, Azərbaycanın Azeri Light markalı xam neftinin bir bareli $3.11 və ya 2.98% bahalaşaraq $107.31-ə çatıb.
Bundan əvvəl Azərbaycan nefti bir barel üçün $104.20 səviyyəsində ticarət olunub. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün $65 müəyyən edilib.