Husilərin Səudiyyə enerji obyektlərinə hücumlarında 73 nəfər yaralanıb

Husilərin Səudiyyə enerji obyektlərinə hücumlarında 73 nəfər yaralanıb

Səudiyyə Ərəbistanı Energetika Nazirliyi Yəməndəki husilərin ölkənin cənubundakı bəzi enerji obyektlərinə hücumlar həyata keçirdiyini açıqlayıb. Hücumlar nəticəsində müəyyən bölgələrdə yanğınlar baş verib və bəzi əməliyyat fəaliyyətləri müvəqqəti dayandırılıb. Mütəxəssis qruplar yanğınları nəzarətə götürmək, ərazilərin təhlükəsizliyini təmin etmək və zərəri qiymətləndirmək üçün işlərini davam etdirir. Rəsmilər obyektlərin və əməkdaşların təhlükəsizliyi, həmçinin fəaliyyətin davamlılığı üçün zəruri tədbirlərin görüldüyünü bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Türki əl-Maliki İranın dəstəklədiyi husilərin Əbha, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərindəki mülki və kommersiya obyektlərinə hücumlarında 73 nəfərin yaralandığını bildirib. Rəsmilər hücumların nəticələri ilə bağlı müdaxilələrin davam etdiyini qeyd ediblər.