Bakıda 21 yaşlı kişi kirayə mənzildən oğurluğa görə saxlanılıb

Bakıda 21 yaşlı kişi kirayə mənzildən oğurluğa görə saxlanılıb

Bakının Binəqədi rayonunda kirayə mənzildən oğurluq etməkdə şübhəli bilinən 21 yaşlı kişi saxlanılıb. Polisə 8 min manat dəyərində məişət əşyaları və geyimlərin oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin kimliyi müəyyən edilərək saxlanılıb. Onun narkotiklərlə bağlı cinayətə görə əvvəllər məhkum olunmuş Tofiq Quluzadə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Teqlər: