Bakıda 20 Sentyabr metro stansiyası açılacaq
Bakıda “20 Sentyabr” adlı yeni metro stansiyası açılacaq. Stansiya Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi 194 ünvanında yerləşəcək.
Nazirlər Kabineti stansiyanın Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin 20 sentyabr 2023-cü il tarixində bərpa olunması şərəfinə adlandırılması barədə qərarı təsdiqləyib.
Stansiyanın adlandırılması təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur.
Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə bu qərarla bağlı zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Teqlər: