İngiltərə Mərkəzi Bankı faizi 3,75 faizdə saxladı
İngiltərə Mərkəzi Bankı (BoE) əsas faiz dərəcəsini gözləntilərə uyğun olaraq 3,75 faiz səviyyəsində sabit saxlayıb. Qərarda iqtisadi artımdakı zəiflik və Yaxın Şərqdə artan geosiyasi gərginliyin inflyasiyaya mümkün təsirləri həlledici olub. İyun ayında ölkədə illik inflyasiya yanacaq qiymətlərindəki azalmanın təsiri ilə 2,6 faizə geriləyib. Lakin ABŞ ilə İran arasındakı qarşıdurmaların enerji xərclərini artıraraq inflyasiyanın BoE-nin 2 faiz hədəfindən yuxarı qalmasına səbəb ola biləcəyi hesab olunur. İqtisadçılar bankın ilin sonunadək faiz dərəcələrini sabit saxlayacağını gözləyir. Maliyyə bazarlarında isə noyabr ayında 25 baza bəndlik faiz artımı ehtimalı qiymətlərə daxil edilməkdə davam edir.
Teqlər: