Mərkəzi Bank Şəmkirdə vətəndaşlar üçün səyyar qəbul keçirəcək

Mərkəzi Bank Şəmkirdə vətəndaşlar üçün səyyar qəbul keçirəcək

10 mart 2026-cı il, Bakı

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istifadəçilərinin və investorların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində təşəbbüslərin icrasını davam etdirir. Bu təşəbbüslər çərçivəsində ölkənin müxtəlif bölgələrində səyyar vətəndaş qəbullarının təşkili xüsusi əhəmiyyət daşıyır.

Mərkəzi Bankın növbəti səyyar qəbulu 13 mart 2026-cı il tarixində Şəmkir rayonunda keçiriləcək. Həmin qəbul Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz və Şəmkir rayonlarında yaşayan vətəndaşlar üçün nəzərdə tutulub.

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərini araşdıracaq və onların suallarının cavablandırılması üçün lazımi dəstəyi göstərəcəklər.

Vətəndaşlar qəbulla bağlı müraciətlərini Mərkəzi Bankın “966” Çağrı Mərkəzi+994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə göndərə bilərlər.