Mərkəzi Bankın tədqiqatı Cenevrədə təqdim olunub
Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi İsveçrənin Cenevrə Ali İnstitutunda banklararası bazarla bağlı aparılmış elmi tədqiqatın nəticələrini beynəlxalq auditoriya qarşısında təqdim edib.
Mərkəzi Bankın İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) və Cenevrə Ali İnstitutunun İkitərəfli Yardım və Mərkəzi Bankların Potensialının Gücləndirilməsi (BCC) birgə proqramı çərçivəsində həyata keçirilən tədqiqat layihəsi “Təminatsız banklararası bazarda faiz dərəcələrinin ehtiyatların saxlanma dövrü ərzində likvidlik şəraitinə həssaslığı” mövzusuna həsr olunub.
Layihə çərçivəsində Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədovun və Tədqiqatlar departamentinin əməkdaşları Aygün Qarayeva, Elmir Muxtarov və Əli Hacılının müəllifi olduğu elmi tədqiqat cari il ərzində üç ay müddətində xarici ekspertlərlə birgə hazırlanıb.
Proqramın yekun mərhələsi olaraq Mərkəzi Bankın Tədqiqatlar departamentinin əməkdaşı Elmir Muxtarov tədqiqatın əsas nəticələri barədə Cenevrə Ali İnstitutunda təqdimatla çıxış edib. Təqdimat zamanı tədqiqatın metodologiyası, empirik nəticələri və praktik əhəmiyyəti iştirakçılarla bölüşülüb, mövzu ətrafında elmi müzakirələr aparılıb.
Teqlər: