Antalyada meşə yanğınları iki gündür davam edir

Antalyada meşə yanğınları iki gündür davam edir

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində baş verən meşə yanğını ikinci gününə daxil olub, yanğınsöndürmə əməliyyatları davam edir. Yanğının nəzarətə götürülməsi üçün aparılan işlərə 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, ağır texnika və 135 əməkdaş cəlb olunub. Ərazinin sıldırım, maili və qayalı relyefi yanğınsöndürmə işlərini çətinləşdirib.

Meşə yanğını ilə əlaqədar ehtiyat tədbiri olaraq 43 evdən 65 nəfər təxliyə olunub. Seydikemer Dövlət Xəstəxanasının reanimasiya və palliativ yardım şöbələri də təxliyə edilib.

Bu arada, Manisa vilayətində zeytun bağları və kolluq ərazilərdə 40 hektar sahəyə yayılan ayrı bir meşə yanğını nəzarətə götürülüb, soyutma işləri davam edir.