Azərbaycan İrana humanitar yardım göndərib
Prezident İlham Əliyevin tapşırığı ilə İrana göndərilən humanitar yardım karvanı Astara sərhəd-keçid məntəqəsində qarşı tərəfin nümayəndələrinə təhvil verilib.
Məlumata görə humanitar yardım Fövqəladə Hallar Nazirliyinin xüsusi avtomobilləri ilə çatdırılıb və ümumilikdə təxminən 30 ton qida və tibbi ləvazimatdan ibarətdir.
Göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqram çay, həmçinin 2 tona yaxın dərman və tibbi vasitələr daxildir.
Humanitar yardımın göndərilməsi qərarı martın 8-də İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından sonra qəbul edilib.
Yardım karvanını Nazirlər Kabineti Aparatının məsul əməkdaşları Niyazi Rəhimov və Qurban Sadıqov müşayiət ediblər.
Rəsmi məlumata görə humanitar yardım hazırkı böhran şəraitində İranda yaranmış ehtiyacların qarşılanmasına dəstək məqsədilə göndərilib və karvan qısa müddətdə təyinat nöqtəsinə çatdırılıb.
Teqlər: