Azərbaycan və Dell rəqəmsal transformasiya üzrə əməkdaşlığı müzakirə edib
portfel.az xəbər verir ki, Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində Dell Technologies şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə prezidenti Adrian McDonald ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Dell Technologies arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin Azərbaycanda suveren bulud (“sovereign cloud”) həlləri və süni intellekt texnologiyalarının tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüş Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı, məlumat mərkəzlərinin yaradılması və ölkədə süni intellekt ekosisteminin genişləndirilməsi istiqamətində mümkün tərəfdaşlıq imkanlarını da əhatə edib.
Teqlər: