Azərbaycan və Əlcəzair əməkdaşlığı müzakirə edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşüb. Görüşdə Azərbaycan və Əlcəzair arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri, həmçinin yeni əməkdaşlıq platformalarının yaradılması diqqət mərkəzində olub.
Müzakirələr sənaye, enerji, kiçik və orta sahibkarlıq, turizm, tranzit və logistika da daxil olmaqla müxtəlif sahələrdə mümkün əməkdaşlığı əhatə edib. Hər iki tərəf iqtisadi əlaqələrin şaxələndirilməsinin və iki ölkənin biznes icmaları arasında daha geniş əməkdaşlığın təşviqinin vacibliyini vurğulayıb.