Gürcüstanın baş prokuroru Azərbaycana işgüzar səfərə gəlib
Gürcüstanın baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə 29 iyulda işgüzar səfər üçün Azərbaycana gəlib.
Nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. Qonaqlar həmçinin akademik Zərifə Əliyeva, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyev də daxil olmaqla görkəmli şəxslərin məzarlarını ziyarət ediblər. Onlar Şəhidlər xiyabanında da olub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verənlərin xatirəsini anıblar.
Kamran Əliyev və Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş baş tutub. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Irakli Kobaxidze arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu tərəfdaşlıq Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişafına mühüm töhfə verib.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maia Tabaqari də iştirak edib. Nümayəndə heyətinin səfəri davam edir.
Teqlər: