İranda internet kəsintisi ikinci həftəyə keçib

İranda internet kəsintisi ikinci həftəyə keçib

İranda tətbiq edilən genişmiqyaslı internet kəsintisi artıq ikinci həftəsinə daxil olub.

İnternet monitorinq təşkilatı NetBlocks ölkədə internet trafikinə nəzarət edərək bildirib ki, martın 7-nə olan məlumata əsasən bağlantı səviyyəsi normal göstəricinin cəmi 1%-i həcmində qalır. Ümumilikdə kəsinti 168 saatdan çox davam edib.

İnternetin kütləvi şəkildə kəsilməsi 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlanmasından sonra qeydə alınıb. Həmin vaxtdan etibarən ölkədə internet trafiki əvvəlcə təxminən 4%-ə, daha sonra isə demək olar ki, tam dayanaraq 1%-ə qədər azalıb.