Müctəba Xamenei İranın yeni ali rəhbəri seçildi

Müctəba Xamenei İranın yeni ali rəhbəri seçildi

xarici KİV-ə istinadən portfel.az xəbər verir ki, Seyid Müctəba Xamenei İranın yeni ali rəhbəri seçilib. Qərar İranın Ekspertlər Məclisi tərəfindən qəbul edilib və bu barədə Fars dövlət agentliyi məlumat yayıb.

Müctəba Xamenei uzun illər İranın siyasi və dini strukturlarında mühüm təsirə malik fiqurlardan biri hesab olunur. O, əvvəlki ali rəhbərin administrasiyasında əsas vəzifələrdə çalışıb və İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələri ilə tanınır.

Ekspertlər Məclisinin üzvü Məhəmməd Mehdi Mirbaqeri bildirib ki, qurum martın 8-də səhər saatlarında yeni ali rəhbərin seçilməsi ilə bağlı razılığa gəlib. Lakin qərar dərhal açıqlanmayıb.

Müctəba Xamenei İranın üçüncü ali rəhbəri olub və ölkə konstitusiyasına əsasən bu vəzifəyə ömürlük seçilir. İran qanunlarına görə, ali rəhbər həm siyasi, həm də dini xadim ola bilər, lakin o, ölkənin rəsmi dini prinsiplərinə sadiq olmalı, yüksək idarəetmə qabiliyyətinə və yaxşı reputasiyaya malik olmalıdır.

İranın əvvəlki ali rəhbərləri Ruhullah XomeyniƏli Xamenei olub. Ruhullah Xomeyni 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra hakimiyyətə gəlib və 1989-cu ildə vəfat edib. Həmin ildən etibarən isə Əli Xamenei təxminən 37 il ölkənin ali rəhbəri vəzifəsini icra edib.