Paşinyan hökumətin bazar günü istefa verəcəyini açıqladı

Paşinyan hökumətin bazar günü istefa verəcəyini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bazar günü istefa verəcəyini açıqlayıb. Hökumətin iclasında çıxış edən Paşinyan bildirib ki, bu, hazırkı kabinetin son iclasıdır.

İstefa Ermənistan parlamentinin doqquzuncu çağırışının formalaşması ilə əlaqələndirilir. Bundan sonra Ermənistan Prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən baş nazir namizədini təyin edəcək.