Rusiya İranı ABŞ hərbi obyektlərini hədəfə almaq üçün kəşfiyyat məlumatları ilə təmin edir

Rusiya İranı ABŞ hərbi obyektlərini hədəfə almaq üçün kəşfiyyat məlumatları ilə təmin edir

Rusiya İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini hədəfə almasına kömək etmək İrana üçün kəşfiyyat məlumatları təqdim edir. Bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayılıb.

Məlumata görə Moskva İrana ABŞ qüvvələrinin yerləşdiyi ərazilər barədə peyk görüntüləri və hədəf koordinatları ötürür. Bu məlumatlara ABŞ hərbi gəmilərinin, təyyarələrinin və regiondakı bazalarının yerləşməsi və hərəkətləri barədə detallı informasiya daxildir.

ABŞ rəsmiləri bildirirlər ki, Rusiya İranın hücumlarını birbaşa idarə etmir. Lakin təqdim edilən məlumatlar İranın ABŞ hərbi obyektlərinə qarşı daha dəqiq zərbələr planlaşdırmasına imkan yaradır.

Analitiklərin fikrincə bu kəşfiyyat dəstəyi İranın müşahidə və kəşfiyyat imkanlarının zəifləməsi ilə bağlıdır. Son həftələrdə ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın bəzi hərbi və kəşfiyyat infrastrukturu ciddi zərər görüb.

Məsələ ilə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyi nümayəndələri vəziyyəti diqqətlə izlədiklərini bildiriblər. ABŞ müdafiə naziri Pete Hegseth isə ölkənin təhlükəsizliyi ilə bağlı risklərin nəzarət altında olduğunu qeyd edib.

Geosiyasi baxımdan ekspertlər hesab edirlər ki, bu addım Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Qeyd olunur ki, Rusiya həm də enerji qiymətlərinin artmasından iqtisadi baxımdan fayda əldə edə bilər.

Eyni zamanda bəzi analitiklər xəbərdarlıq edir ki, Rusiyanın təqdim etdiyi məlumatların NATO ölkələrinə qarşı istifadə edilməsi halında regionda gərginlik daha da arta və münaqişənin genişlənmə riski yarana bilər.