Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni taxıl partiyası göndərildi
portfel.az azərtaca istinadən xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə növbəti taxıl partiyası göndərilib.
Məlumata görə, bu gün ümumi çəkisi 488 ton olan taxıl yüklü yeddi vaqon Rusiyadan Ermənistan istiqamətinə yola salınıb və yük Azərbaycan ərazisindən tranzit qaydada daşınır.
Ümumilikdə isə indiyədək Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana 21 min tondan çox taxıl daşınıb. Bu həcmdə yük 302 vaqon vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Bundan əlavə, eyni marşrut üzrə 610 ton gübrə də daşınıb. Bu yük doqquz vaqon vasitəsilə nəql edilib.
Məlumatda qeyd olunur ki, əvvəlki göndəriş 4 fevral tarixində həyata keçirilib və həmin vaxt 560 ton Rusiya taxılı daşıyan səkkiz vaqon Azərbaycan ərazisindən tranzitlə Ermənistana göndərilmişdi.
Teqlər: