Kriptovalyuta bazarında kəskin enişin səbəbləri nədir – kimlər itirir və proses davam edəcəkmi?
Xəbərdəki səhmlər
Kriptovalyuta bazarında son həftələr müşahidə olunan kəskin eniş investorları narahat edir. Bitcoin oktyabrda gördüyü zirvədən ciddi şəkildə geri çəkilib. Enmənin əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın Çinlə ticarət gərginliyini artırması fonunda bazarlarda yaranan stress göstərilir. Bir sıra analitiklər kriptonun artıq qlobal makro tendensiyalara daha güclü bağlandığını qeyd etsələr də, digərləri tənəzzülün səbəbini agresiv ticarət strategiyalarında görürlər.
Cümə axşamı qlobal fond bazarlarında NVIDIA-nın gözləniləndən yüksək nəticələri panikanı azaltsa da, Bitcoin yalnız kiçik bir artımla – Avropa vaxtı ilə günorta saatlarında 0,73% bahalaşıb. Bu isə son aylardakı təzyiqi kompensasiya etmək üçün kifayət etmir.
Bitcoin həftənin əvvəlində yeddi ayda ilk dəfə 90 min dolların altına düşərək bazarlarda narahatlıq yaradıb.
Bitcoin
10 oktyabrda baş verən böyük satış dalğası isə kriptonun trayektoriyasında dönüş nöqtəsi olub – həmin gün ümumi bazar dəyərindən 1 trilyon dollardan çox silinib, 19 milyard dollardan artıq leveraged mövqelər məcburi bağlanıb. Bütün bunlar Trampın Çin mallarına yeni tariflər tətbiq edilə biləcəyini açıqlamasından sonra baş verib.
Makro qeyri-müəyyənlik kriptonun taleyini müəyyənləşdirir
Hazırda ABŞ iqtisadiyyatı hökumətin bağlanması səbəbindən vacib statistik məlumatların gecikməsi fonunda qeyri-müəyyənlik dövrü yaşayır. Bu da riskli aktivlərə, o cümlədən kriptoya təzyiq edir. Dekabrda açıqlanacaq Fed-in növbəti faiz qərarı da bazarlarda güclü gözlənti yaradır. Protokollar isə Fed üzvləri arasında ciddi fikir ayrılığı olduğunu göstərir.
Pakrin bildirir: “Bitcoin getdikcə daha çox makro faktorlarla hərəkət edir. Kripto ənənəvi bazarlarla nə qədər inteqrasiya olunursa, volatillik də bir o qədər artır.”
Məsuliyyət kimdədir: makro amillər, yoxsa agresiv treyderlər?
Sasseks Universitetinin maliyyə professoru Kerol Aleksandr hesab edir ki, Bitcoin-in volatilliyini yalnız makro hadisələrlə əlaqələndirmək düzgün deyil. Onun fikrincə, əsas rol ofşor və tənzimlənməyən birjalarda fəaliyyət göstərən peşəkar treyderlərə məxsusdur:
“Burada əsas oyunçular hedge fondlar və ixtisaslaşmış treydinq şirkətləridir. Onlar spoofing, laddering kimi agresiv order-book strategiyalarından istifadə edir və məqsədləri qiymətin yönündən çox, hərəkətin sürətli olmasıdır.”
Bu treyderlər qiymət enəndə alıb, yüksələndə sataraq qısa müddətli volatillikdən gəlir əldə edirlər. Nəticədə ən çox ziyan görənlər isə böyük leverage istifadə edən təcrübəsiz investorlar olur.
Aleksandr deyir ki: “Bu investorların çoxu sıradan çıxanda likvidlik azalır, peşəkar treyderlər geri çəkilir və qiymət kəskin şəkildə bərpa olunur. Sistem elə bil hakimsiz futbol matçına bənzəyir.”
Kriptoda növbəti mərhələ nə olacaq?
Bəzi analitiklər satış dalğasının artıq sonuna yaxınlaşdığını düşünür. Pakrinin fikrincə, Bitcoin hazırkı səviyyələrdən çox aşağı düşməyəcək:
“Kriptoda gələcək yenə də parlaqdır. Sektor bir neçə dövrü geridə qoyub və hər dəfə daha güclü şəkildə geri qayıdıb. İnstitusional investorların artması və sənayenin genişlənməsi kriptonun uzun müddətli inkişafına dəstək verir.”