Apple 599 dollarlıq yeni MacBook Neo-nu təqdim edib

Apple 599 dollarlıq yeni MacBook Neo-nu təqdim edib

Apple 4 mart 2026-cı il tarixində ən münasib qiymətli noutbuk modeli olan MacBook Neo-nu təqdim edib.

Macbook Neo qiyməti?

Yeni modelin başlanğıc qiyməti 599 dollar müəyyən olunub.

Şirkət bildirir ki, MacBook Neo əsasən təhsil bazarına və Chromebook seqmentinə rəqib olaraq hazırlanıb və iPhone xəttində istifadə olunan A18 Pro prosessoru ilə təchiz edilib.

Texniki xüsusiyyətlər

MacBook Neo A18 Pro çipi ilə işləyir. Prosessor 6 nüvəli CPU, 5 nüvəli GPU və 16 nüvəli neyron prosessoru (NPU) ilə təchiz olunub.

Noutbuk 13 düymlük Liquid Retina displeyə malikdir. Ekranın icazə qabiliyyəti 2408 × 1506 piksel, maksimum parlaqlıq səviyyəsi isə 500 nit təşkil edir.

Standart model 8 GB operativ yaddaş və 256 GB daxili yaddaş ilə təqdim olunur.

Batareya ömrünün 16 saata qədər davam etdiyi bildirilir.

Dizayn və digər xüsusiyyətlər

MacBook Neo Blush, Indigo, Silver və Citrus rəng variantlarında satışa çıxarılacaq.

Cihaz iki USB-C portu və MagSafe enerji portu ilə təchiz olunub. Noutbukun çəkisi 1,22 kq təşkil edir.

Model həmçinin 1080p veb-kamera və daha rəngarəng dizayn ilə təqdim olunaraq tələbə və gənc istifadəçilər üçün nəzərdə tutulub.

Satış tarixi

MacBook Neo üçün əvvəlcədən sifarişlər artıq qəbul edilir. Noutbukun 11 mart 2026-cı ildən etibarən satışa çıxarılması planlaşdırılır.

Teqlər: