Apple yeni M5 çipli Mac modellərini təqdim edib
2-6 mart 2026 həftəsində Apple ekosistemində (“Appleverse”) əsas diqqət yeni M5 prosessorlu Mac modellərinin təqdimatına və iOS təhlükəsizlik riskləri ilə bağlı xəbərlərə yönəlib.
Həftənin ən böyük yeniliyi Apple tərəfindən təqdim edilən yeni M5 seriyalı Mac kompüterləri olub. Şirkət süni intellekt imkanlarına fokuslanan dörd yeni Mac modeli təqdim edib. Bunlara M5 çipli MacBook Air (13 və 15 düym), həmçinin M5 Pro və M5 Max prosessorlu MacBook Pro modelləri daxildir.
Yeni cihazlarda süni intellekt əməliyyatları üçün gücləndirilmiş NPU (neural processing unit) yerləşdirilib. MacBook Air modellərində AI performansı 38 TOPS, MacBook Pro modellərində isə 120 TOPS-a qədər çatır. Yeni cihazların 18 mart tarixindən satışa çıxarılması planlaşdırılır.
Şirkət həmçinin yenilənmiş Studio Display və Studio Display XDR monitorlarını təqdim edib. Bu modellər süni intellekt dəstəkləyən kamera sistemi və məkan audio texnologiyası ilə təchiz olunub.
Texnologiya gündəmində digər mühüm xəbər isə Google tərəfindən aşkar edilən yeni iOS təhlükəsizlik riski ilə bağlı olub. Şirkətin təhlükəsizlik araşdırma komandası “Coruna” adlı exploit alətinin iOS 13.0-iOS 17.2.1 versiyalarında işləyən iPhone modellərini hədəf aldığını bildirib.
Məlumata görə bu alət müxtəlif dövlət dəstəkli kiber qruplar tərəfindən istifadə oluna bilər. Mütəxəssislər istifadəçilərə təhlükəsizlik risklərini azaltmaq üçün iOS 17.3 və daha yeni versiyalara yenilənməyi tövsiyə edirlər.
Teqlər: