ChatGPT-nin bazar payı 50 faizdən aşağı düşüb
ChatGPT-nin bazar payı ilk dəfə 50 faizdən aşağı düşüb. Bir vaxtlar Sİ sahəsində mütləq üstünlüyə malik olan ChatGPT artıq daha güclü rəqabətlə üz-üzədir. İstifadəçilər alternativ Sİ modellərinə yönəldikcə ChatGPT-nin bazar payı 46,4 faiz səviyyəsinə geriləyib.
Sensor Tower-ın məlumatlarına görə, ChatGPT-nin aylıq aktiv istifadəçi sayı 1,1 milyard olaraq ölçülüb. İkinci yerdə olan Google-ın Gemini modeli 662 milyon istifadəçiyə çatıb. Üçüncü böyük rəqib Anthropic-in Claude modeli isə 245 milyon aktiv istifadəçiyə malikdir. Digər modellər olan Grok, Perplexity, DeepSeek və MetaAI-nin ümumi bazar payı isə 5 faizin altında qalıb.
İstifadəçilər artıq müxtəlif Sİ alətləri arasında keçid etməyə daha açıq yanaşırlar. Müəyyən hadisələr kütləvi istifadəçi axınına səbəb ola bilir. Məsələn, OpenAI-ın ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlığı və Tramp administrasiyası ilə keçmiş əlaqələri bəzi istifadəçilərin alternativ Sİ xidmətlərinə yönəlməsinə səbəb olub.
Bu proseslər ChatGPT-nin uzun müddət əlində saxladığı mütləq bazar hökmranlığının zəiflədiyini göstərir. Eyni zamanda, Sİ sahəsində rəqabətin getdikcə daha da sərtləşdiyini ortaya qoyur.
Teqlər: