Çində Sİ istifadəçilərinin sayı 602 milyona çatıb

Çində Sİ istifadəçilərinin sayı 602 milyona çatıb

Maliyyə və investisiya xəbər portalı portfel.az xarici mənbələrə istinadən xəbər verir ki, Çində generativ Sİ istifadəsinin kəskin artıb.

Hesabata əsasən, 2025-ci ilin sonunda generativ Sİ istifadəçilərinin sayı 602 milyona çatıb. Bununla da 1,4 milyard nəfərlik əhalinin təxminən yarısı Sİ texnologiyalarına çıxış əldə edib. 2024-cü ilin sonunda 249 milyon olan istifadəçi sayı iki dəfədən çox artım göstərib.

Ölkədə internet istifadəçilərinin sayı 1 milyard 125 milyona yüksəlib, internetə çıxış səviyyəsi isə 80,1 faiz kimi qeydə alınıb.

2025-ci il Çində Sİ texnologiyalarında sıçrayış ili kimi yadda qalıb. Çin şirkətlərinin qlobal rəqiblərlə rəqabət aparan modellər hazırlaması istifadəçi bazasının genişlənməsinə səbəb olub və ölkənin Sİ sahəsində beynəlxalq mövqeyini yeni mərhələyə daşıyıb.

OpenRouter tərəfindən yayımlanan hesabata görə, Çində hazırlanmış açıq mənbəli böyük dil modelləri 2024-cü ilin sonunda qlobal istifadənin 1,2 faizini təşkil edib, 2025-ci ildə isə bu göstərici 30 faizə yüksəlib. Sİ sistemlərinə verilən sorğularda çin dili ingilis dilindən sonra ən çox istifadə olunan ikinci dil olub.

2024-cü ildə həcmi 900 milyard yuan, yəni 127,5 milyard dollar olan yerli Sİ sənayesi 2025-ci ildə 1,2 trilyon yuanı, təxminən 170 milyard dolları ötüb.