Midjourney 60 saniyəlik bütün bədəni taraya biləcək - İnqilabi yenilik

Midjourney 60 saniyəlik bütün bədəni taraya biləcək - İnqilabi yenilik

Midjourney Sİ-dən sonra sağlamlıq texnologiyaları sahəsinə daxil olaraq 60 saniyədə tam bədən taraması apara bilən ultrasəs əsaslı cihazını təqdim edib. The Midjourney Scanner adlanan bu sistem əzələ, yağ, sümük və daxili orqanların üçölçülü görüntülərini radiasiya və ya güclü maqnit sahələrindən istifadə etmədən, yalnız ultrasəs dalğaları ilə yaradır.

Butterfly Network ilə birgə hazırlanmış cihazın hər sistemində 40 Ultrasound-on-Chip modulu var. İstifadəçi xüsusi platformaya çıxdıqdan sonra, relslər üzərində hərəkət edən platforma sayəsində bədən minlərlə sensorun yerləşdiyi dayaz suyun içindən keçir. Ultrasəs dalğaları hər bucaqdan bədənə göndərilir və səs dalğalarının qayıdışı analiz edilərək yüksək ayırdetməli üçölçülü daxili struktur görüntüləri yaradılır. Sistem tarama zamanı saniyədə terabaytlarla məlumat istehsal edir. Şirkət tarama prosesinin təxminən 60 saniyə çəkdiyini bildirib.

The Midjourney Scanner maqnit rezonans görüntüləməyə (MR/MRI) yaxınlaşan, hətta onu geridə qoyan texnologiya hədəfləyir və mövcud MR cihazlarından təxminən 100 dəfə daha sürətli işləyir. Lakin cihaz ilk növbədə birbaşa xəstəlik diaqnostikası üçün deyil, bədən tərkibi xəritələri yaratmaq məqsədilə istifadə olunacaq. Bu xəritələr əzələ, yağ və digər toxumaların paylanmasını detallı şəkildə göstərərək insanların fiziki dəyişikliklərini izləməsinə imkan verir. CEO David Holz texnologiyanın xüsusilə qidalanma və məşq proqramlarının bədənə təsirinin müntəzəm izlənməsi üçün ideal olduğunu bildirib. Şirkət istifadəçilərin ildə bir dəfə və ya istəyənlərin daha tez-tez taramadan keçə bilməsini hədəfləyir.

Midjourney cihazlarını klassik xəstəxana mühitləri əvəzinə xüsusi təcrübə mərkəzlərində istifadə etməyi planlaşdırır. 2027-ci ilin sonuna qədər San Francisco şəhərində açılması hədəflənən “Midjourney Spa” adlı obyekt ilkin mərhələdə 10 skaner ilə xidmət göstərəcək. Spa-da idman zalı, sauna, soyuq su hovuzları və cakuzili tarama otaqları olacaq. İstifadəçilər suya girərək tam bədən taramasından keçə biləcəklər. Şirkət həmçinin 6 il ərzində dünya üzrə 50 min cihaz quraşdırmağı hədəfləyir.