Qualcomm robototexnikanı əsas artım mühərriki sayır

Qualcomm robototexnikanı əsas artım mühərriki sayır

Qualcomm-un baş icraçı direktoru Cristiano Amon Barselonada keçirilən Mobile World Congress tədbirində bildirib ki, şirkət üçün robototexnika yaxın iki il ərzində “daha böyük imkan”a çevriləcək. Şirkət smartfon bazarından kənara çıxaraq Sİ əsaslı avtomatlaşdırma istiqamətində fəaliyyətini genişləndirir.

Amonun əsas açıqlamaları

Cristiano Amon qeyd edib ki, robototexnika “növbəti iki il ərzində miqyas almağa başlayacaq” və daha geniş bazar imkanına çevriləcək. Onun sözlərinə görə fiziki Sİ sahəsindəki irəliləyişlər robotların real dünyada daha effektiv işləməsinə şərait yaradır.

Amon robototexnika bazarını trilyon dollarlıq potensiala malik sektor kimi dəyərləndirib. O, bunu Qualcomm-un smartfon bazarında Snapdragon çipləri ilə əldə etdiyi uğurla müqayisə edib. Həmin modeldə bir çipset platforması müxtəlif cihazlarda tətbiq olunurdu.

Qualcomm 2026-cı ilin yanvarında humanoid və sənaye robotları da daxil olmaqla müxtəlif platformalar üçün nəzərdə tutulmuş Dragonwing prosessorunu təqdim edib. Yeni çip edge Sİ, sensor inteqrasiyası və aşağı enerji sərfiyyatı üzərində qurulub.

Şirkətin strategiyası avtomobil və fərdi kompüter bazarındakı yanaşmasına bənzəyir: tərəfdaşlar üçün miqyaslana bilən silikon həllər, bağlantı və Sİ sürətləndirmə texnologiyaları təqdim etmək. İlkin mərhələdə əsas diqqət müəssisə seqmentinə, yəno zavodlar və pərakəndə ticarət sektoruna yönəlib, daha sonra istehlakçı bazarına keçid planlaşdırılır.

McKinsey-in qiymətləndirməsinə görə ümumi təyinatlı robototexnika bazarı 2040-cı ilədək 370 milyard dollara çata bilər. RBC Capital humanoid robotların ümumi ünvanlana bilən bazarının (TAM) 2050-ci ilədək 9 trilyon dollar ola biləcəyini proqnozlaşdırır. Global Robotics isə 2026-cı ildə sektorun həcmini 67 milyard dollar və illik 12% artım tempi ilə qiymətləndirir.

Fiziki Sİ robotların ətraf mühiti qavrama və reaksiya vermə qabiliyyətini artırır. Bu isə bulud əsaslı həllərdən daha çox lokal (edge) hesablama gücünə tələbi gücləndirir və Qualcomm-un həllərini Nvidia kimi rəqiblərlə müqayisədə fərqli mövqeyə çıxarır.

Analitiklər hesab edirlər ki, zaman qrafiki reallaşarsa, Qualcomm-un robototexnika üzrə gəlirləri 2028-ci ilədək 5 dəfə arta və şirkət bazarın 15-20%-ni ələ keçirə bilər.

Teqlər: