YouTube reklam gəlirlərində Disney və digər böyük studiyaları geridə qoyub
YouTube 2025-ci ildə reklam gəlirləri üzrə böyük media şirkətlərini geridə qoyaraq yeni rekord əldə edib.
Platformanın illik reklam gəliri 40,4 milyard dollar təşkil edib. Bu göstərici birlikdə götürüldükdə Disney, NBCUniversal, Paramount və Warner Bros. Discovery şirkətlərinin ümumi 37,8 milyard dollarlıq reklam gəlirini üstələyib.
Qeyd edək ki, 2024-cü ildə vəziyyət əksinə idi. Həmin il ənənəvi media studiyalarının reklam gəliri 41,8 milyard dollar, YouTube-un isə 36,1 milyard dollar olmuşdu.
Ümumi gəlir 60 milyard dolları keçib
YouTube-un ümumi gəliri reklam və abunə xidmətləri daxil olmaqla 60-62 milyard dollar səviyyəsinə çatıb. Bu məbləğin təxminən 22 milyard dolları abunə xidmətlərindən əldə olunub.
Bu xidmətlərə YouTube TV, YouTube Premium, YouTube Music və NFL Sunday Ticket daxildir.
Bu nəticə platformanı gəlir baxımından Netflix kimi böyük yayım xidmətlərini də qabaqlayan şirkətlərdən birinə çevirib. Netflix-in 2025-ci ildə gəliri 45,2 milyard dollar olub.
Media sənayesində güc balansı dəyişir
YouTube artıq reklam gəlirləri baxımından dünyanın ən böyük media şirkətlərindən birinə çevrilib.
Bununla yanaşı platforma indiyədək kontent yaradıcılara 100 milyard dollardan çox ödəniş edib. Bu isə rəqəmsal kontent iqtisadiyyatının sürətlə böyüdüyünü göstərir.
Teqlər: