Dilinq hesabı
İnvestorun broker vasitəsilə qiymətli kağız alqı-satqısı etdiyi ticarət hesabı.
Dilinq (ticarət) hesabı investorun brokerdə açdığı, qiymətli kağız alışı üçün vəsaitin saxlanıldığı və əməliyyatların qeydə alındığı hesabdır.
Bu hesab vasitəsilə investor səhm, istiqraz, fond payı və digər aktivlərin alqı-satqı sifarişlərini verə bilir.