Kredit reytinqi
Reytinq agentliklərinin emitentin borcunu ödəmə qabiliyyətinə verdiyi qiymətləndirmə.
Kredit reytinqi dövlətin, bələdiyyənin və ya şirkətin öz borc öhdəliklərini vaxtında yerinə yetirmə qabiliyyətini əks etdirir və hərf işarələri (AAA, BB, C və s.) ilə ifadə olunur.
Yüksək kredit reytinqi adətən daha aşağı faiz dərəcəsi ilə borclanma imkanı deməkdir.