Özbəkistan nümayəndə heyəti AMB-də olub

Özbəkistan nümayəndə heyəti AMB-də olub

Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti 23 may 2026-cı ildə Azərbaycan Mərkəzi Bankına səfər edib. Səfər çərçivəsində maliyyə hesabatlığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarəetmənin avtomatlaşdırılması üzrə interaktiv təqdimatlar keçirilib.

Müzakirələr maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübələr, bank əməliyyatlarında avtomatlaşdırılmış mühasibat sistemlərinin tətbiqi, mövcud çağırışlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında aparılıb. Səfər iki qurum arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş informasiya mübadiləsinə imkan yaradıb.