Niderlandda benzinin litri 2.66 avroya çatdı
Niderlandda benzinin qiyməti tarixi maksimuma çatıb. İri yanacaqdoldurma məntəqələrində 1 litr benzin hazırda 2.66 avroya satılır. Bu, ölkədə indiyədək qeydə alınmış ən yüksək qiymətdir. Magistral yollardan kənarda yerləşən yanacaqdoldurma məntəqələrində qiymətlər bir qədər aşağıdır.
Bundan əvvəl rekord qiymət Aİ-95 markalı benzin üçün 1 litr üzrə 2.64 avro olub və 6 may tarixində qeydə alınıb. Dizelin qiyməti hazırda 1 litr üçün 2.63 avro təşkil edir. Bu göstərici 8 aprel tarixində qeydə alınmış 2.81 avroluq pik səviyyədən aşağıdır.
Yanacaq qiymətlərində son artım Yaxın Şərqdəki gərginliklə əlaqələndirilir. May ayında qiymətlər pik həddə çatdıqdan sonra ABŞ və İran arasında ilkin razılaşmanın ardından azalma müşahidə olunub. Lakin son günlər iki ölkə arasında münaqişənin yenidən alovlanması qiymətləri yenidən artırıb. Bundan əlavə, neft ticarətinin aparıldığı valyuta olan ABŞ dolları qarşısında avronun ucuzlaşması da qiymət artımına təsir göstərib.
Teqlər: