Qızıl və gümüş cari vəziyyət

Qızıl və gümüş cari vəziyyət

Bu gün qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətində eniş qeydə alınıb. COMEX birjasında dekabr tədarükü üzrə qızıl fyuçerslərinin bir troya unsiyasının qiyməti təxminən 0,8% geriləyərək 4 061,4 ABŞ dolları səviyyəsinə enib. Gümüş üzrə dekabr fyuçerslərinin bir unsiyasının qiyməti isə 0,56% azalaraq 50,4 ABŞ dollarına düşüb.​

Analitiklər qiymət azalmalarını əsasən dollar indeksinin yüksəlməsi və investorların ABŞ iqtisadi göstəriciləri ilə bağlı gözləmə mövqeyinə keçməsi ilə izah edirlər. Onların sözlərinə görə, yaxın günlərdə açıqlanacaq makroiqtisadi məlumatlar Federal Ehtiyat Sisteminin faiz qərarları ilə bağlı gözləntilərə birbaşa təsir edəcək ki, bu da həm qızıl, həm də gümüşün növbəti istiqamətini müəyyənləşdirə bilər.