Trampın İran açıqlamasından sonra maliyyə bazarları çalxalandı-neft kəskin bahalaşdı

Trampın İran açıqlamasından sonra maliyyə bazarları çalxalandı-neft kəskin bahalaşdı

İstinad edilən indekslər:

ABŞ Prezidenti Donald Trampın İranla əldə olunan razılaşmanın başa çatdığını açıqlaması qlobal bazarlarda ciddi dalğalanmalara səbəb olub. Brent və WTI neft qiymətləri yüzdə 5-dən çox artıb, qızılın unsiya qiyməti isə 4.100 dollar səviyyəsindən aşağı düşüb.

Tramp açıqlamasında “İranla razılaşma mənim üçün bitib. Artıq onlarla anlaşmaq istəmirəm”, ifadələrini işlədib. Bu açıqlamadan sonra enerji və qiymətli metal bazarlarında hərəkətlilik sürətlənib. Brent və Qərbi Texas növü (WTI) xam neft qiymətləri yüzdə 5-dən çox bahalaşıb. Brent nefti bu həftə təxminən yüzdə 8-dən çox yüksəlib.

Qızıl qiymətlərində isə azalma müşahidə olunub. Sessiya ərzində yüzdə 1-ə yaxın geriləyən unsiya qızıl çərşənbə günü 4.100 dollardan aşağı enib. Trampın açıqlamalarından əvvəl unsiya qızılın qiyməti təxminən 4.120 dollar səviyyəsində idi.

Bölgədə gərginlik ABŞ ordusunun Hörmüz boğazından keçən gəmilərə hücumlardan sonra İrana qarşı yeni hava zərbələri endirməsi ilə artıb. ABŞ-nin İranın qlobal bazarlarda xam neft satmasına imkan verən istisnanı ləğv etməsi də bazarlardakı qeyri-müəyyənliyi artırıb. Bu hadisələr enerji təchizatı ilə bağlı riskləri yenidən gündəmə gətirib. Gəmi sahibləri və regional istehsalçılar Hörmüz boğazına ehtiyatla yanaşmağa başlayıblar.

Artan neft qiymətlərinin inflyasiya gözləntilərinə təsiri diqqətlə izlənilir. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (Fed) iyun ayı iclasına dair dərc olunacaq protokolları gözləməyə başlayıblar. Protokolların pul siyasəti ilə bağlı yeni ipucları verməsi gözlənilir. Ekspertlər qızıl qiymətlərindəki enişdən sonra qızılın dib formalaşdırmağa çalışdığını bildirirlər.