ABŞ-da mənzil satışlarında güclü artım
ABŞ-da may ayında gözlənilən mənzil satışları 3,8 faiz artaraq təxminən iki ilin ən güclü yüksəlişini qeydə alıb. Milli Rieltorlar Assosiasiyasının məlumatına görə, bu artım bazar gözləntisi olan 0,9 faizdən xeyli yüksək olub. Satışlar ardıcıl dördüncü ay artım göstərərək mənzil bazarında bərpa siqnalı verib. Əvvəlki ay satışlardakı artım 0,3 faiz səviyyəsində idi.
Baş iqtisadçı Lawrence Yun bildirib ki, ipoteka kreditləri üzrə faiz dərəcələrində hər hansı dəyişiklik olmasa da, yay aylarında alıcı tələbinin artması satış tempini yüksəldib. Onun sözlərinə görə, 6 faizdən yuxarı ipoteka faizlərinin yeni norma kimi qəbul edilməsi də bu prosesə təsir göstərib.
Ötən həftə yayımlanan başqa bir göstərici də borclanma xərclərinin artmasına baxmayaraq, mənzil satışlarının ilin ən sürətli tempinə çatdığını göstərib. Bu proseslər ABŞ mənzil bazarında yaxşılaşma yaşandığına işarə edir.
Teqlər: