Tramp İrana zərbə endirəcəklərini açıqladı
İstinad edilən indekslər:
ABŞ Prezidenti Donald Tramp ABŞ hədəflərinə hücumlara cavab veriləcəyini bildirərək İrana hücum təşkil edəcəklərini açıqlayıb. Tramp “İrana sərt zərbə endirəcəyik. ABŞ hədəflərinə hücumlara cavab olaraq İrana qarşı hücum həyata keçirəcəyik”, deyib. Mümkün təmas prosesinə də işarə edən Tramp “İranlıların bizimlə danışmasına icazə verəcəyəm” ifadələrini işlədib.
Tramp ABŞ və Səudiyyə Ərəbistanının İraqda Tehran tərəfindən dəstəklənən qruplara məxsus hədəflərə təşkil etdiyi hava zərbələrinin İraq hökuməti ilə koordinasiya şəraitində həyata keçirildiyini açıqlayıb. İranın dəstəklədiyi milisləri “dünyanın xərçəngi” adlandıran Tramp bu qruplara xəbərdarlıq etməyi düşündüyünü bildirib. O, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün “möhtəşəm” olduğunu və iki ölkə münasibətlərinin gücləndiyini ifadə edib.
Trampın açıqlamalarından sonra qlobal bazarlarda neft qiymətləri kəskin yüksəlib. Brent nefti üzrə fyuçerslər 6,6 faiz bahalaşaraq bir barel üçün 89,61 dollara qalxıb və gün ərzində 89,90 dollar səviyyəsi sınaqdan keçirilib. ABŞ-ın Qərbi Texas nefti (WTI) üzrə xam neft fyuçersləri isə 6,4 faiz artımla 84,31 dollar səviyyəsinə yüksəlib.
Teqlər: