Trump İrana qarşı genişmiqyaslı əməliyyatı son anda təxirə saldı
ABŞ Prezidenti Donald Trump İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatı son anda təxirə salıb. Qərarın ordunun önləyici raket ehtiyatlarının kritik səviyyəyə düşə biləcəyi barədə xəbərdarlıqlardan sonra qəbul edildiyi bildirilib.
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Caine-in ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əlində olan raket ehtiyatlarının azalması riskinə diqqət çəkərək Trumpa xəbərdarlıq etdiyi qeyd olunur. Bu xəbərdarlıq əməliyyatın təxirə salınmasında təsirli olub.
Son dövrdə ABŞ ilə İran arasında artan gərginlikdən sonra Trump cümə günü İrana qarşı hücumların genişlənə biləcəyinə işarə edib. Lakin yüksək səviyyəli təhlükəsizlik komandası ilə aparılan qiymətləndirmələr nəticəsində əməliyyatın gözləmə rejiminə keçirildiyi bildirilib.
Vaşinqton administrasiyasında hərbi əməliyyatların İranı danışıqlar masasına məcbur edəcəyinə dair şübhələr artıb. Həyata keçirilən hücumların gözlənilənlərin əksinə, İranda xarici təhdid qavrayışını gücləndirdiyi və ölkə daxilində birlik hissini artırdığı qiymətləndirilir.
ABŞ ordusu İrana qarşı ardıcıl 13 gecə həyata keçirilən hücumlardan sonra Trumpın göstərişi ilə əməliyyatlara fasilə verib. Pentaqonun yeni əməliyyatlar üçün hazırlıqlarını davam etdirdiyi, lakin yekun qərarın hələ verilmədiyi bildirilir.
Ağ Ev və Müdafiə Nazirliyi tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.
Teqlər: