ABŞ-İran anlaşması qüvvəyə mindi - Bütün diqqətlər Hörmüzdə
ABŞ Prezidenti Donald Tramp İranla müharibəni dayandırmağı və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan müvəqqəti anlaşmanı imzalayıb. Anlaşma Fransa Prezidenti Emmanuel Makronla Versal sarayında keçirilən şam yeməyində imzalanıb. ABŞ tərəfi anlaşma memorandumunun qüvvədə olduğunu açıqlayıb. Lakin İranın boğazı tam açmaq üçün zəruri addımlar atıb-atmadığı hələlik aydın deyil.
Anlaşma aylarla davam edən bağlanmadan sonra Hörmüz boğazının sürətlə yenidən açılmasını hədəfləyir. Sənəd İran nefti üçün sanksiya istisnalarının dərhal tətbiqini nəzərdə tutur. Nüvə məsələləri və digər iqtisadi qazanclar isə sonrakı danışıqlara saxlanılıb. ABŞ və İranın tətbiq etdiyi blokada səbəbindən gəmi hərəkəti böyük ölçüdə dayanmış daşıma şirkətlərinin yenidən fəaliyyətə başlaması gözlənilir. Tramp boğazdakı minaların təmizlənə bilməsi üçün anlaşmanın 19 iyunda imzalanacağını açıqlamışdı.
Anlaşma Vaşinqtonda bəzi respublikaçıları tərəfindən sərt tənqid olunub. Texas senatoru Ted Kruz “Bizi öldürmək istəyən rejimə milyardlarla dollar vermək yaxşı fikir deyil” deyib. Cənubi Karolina senatoru Lindsi Qrem isə anlaşmanı çərçivə kimi qiymətləndirib. O, Trampın İranın nüvə proqramı ilə bağlı yekun razılaşma əldə edib-etməyəcəyi barədə şübhələrini ifadə edib.
Anlaşmanın qüvvəyə minməsi ilə Yaxın Şərqdə enerji bazarlarında da canlanma gözlənilir. İranla ABŞ arasında gərginliyin azalması neft qiymətləri üzərində mühüm təsirlər yarada bilər.
Teqlər: