ABŞ İran üzərindəki dəniz blokadasını qaldırıb

ABŞ İran üzərindəki dəniz blokadasını qaldırıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ilə İran arasında imzalanan razılaşmadan sonra İrana qarşı dəniz blokadasının qaldırıldığını açıqlayıb. CENTCOM Prezidentin tapşırığına uyğun olaraq, İran limanlarına və sahil bölgələrinə giriş-çıxış edən dəniz nəqliyyatına tətbiq olunan blokadanın bu gündən etibarən başa çatdığını bildirib. Həmçinin İranın razılaşma şərtlərinə tam əməl etdiyindən əmin olmaq məqsədilə Amerika hərbi qüvvələrinin bir müddət də bölgədə xidmətini davam etdirəcəyi qeyd olunub.