Ağstafada yeniyetməni TikTok çəkilişi zamanı elektrik vurdu
Ağstafada azyaşlı TikTok videosu çəkməyə çalışarkən baş verən hadisə nəticəsində ağır xəsarət alıb.
Yeniyetməni elektrik cərəyanı vurub və o, ağır yanıq xəsarətləri alıb. Zərərçəkən kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı hazırda araşdırma aparılır.
Teqlər: