Avropa İttifaqı Ukrayna üçün 6,1 milyard avronu təsdiqləyib
Avropa İttifaqı Ukraynanın hava hücumundan müdafiə sistemləri, raketlər, sursat və radar alışı üçün 6,1 milyard avro həcmində yeni maliyyə planını təsdiqləyib. Bu dəstək 2026-2027 dövründə Ukraynaya veriləcək 90 milyard avroluq Ukrayna Dəstək Krediti çərçivəsində qarşılanacaq.
Yeni plan daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq müdafiə tədarükünə əlavə olaraq verilir. Əvvəlki dəstəklərin 8,35 milyard avroluq hissəsi Ukraynaya çatdırılıb. AB Komissiyası Ukraynanın Müstəqillik Günü münasibətilə yaydığı açıqlamada bu maliyyənin xüsusilə Rusiyanın hücumlarının intensivləşdiyi dövrdə Ukraynanın təcili ehtiyac duyduğu hava və raketdən müdafiə sistemləri, sursat və radar alışı üçün istifadə olunacağını bildirib.
Ukrayna Dəstək Krediti çərçivəsində 2026-2027-ci illərdə 30 milyard avro büdcə yardımı və 60 milyard avro müdafiə dəstəyinin göstərilməsi planlaşdırılır. Avropa İttifaqı xüsusilə Ukraynanın müdafiə qabiliyyətini artırmaqda qətiyyətli olduğunu vurğulayıb.
Teqlər: