Aydın Süleymanlı Maqnus Karlseni məğlub edib
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Honkonqda keçirilən Dünya Rapid və Blitz Komanda Çempionatında 16-cı dünya şahmat çempionu Maqnus Karlseni məğlub edib. Süleymanlının qələbəsi Azərbaycanın “Odlar Yurdu” komandasının favoritlərdən sayılan “WR Chess” üzərində qələbəsinə töhfə verib. Bu komandada Karlsenlə yanaşı, elit qrossmeysterlər Fabiano Karuana, Uesli So və Maksim Vaşye-Laqrav da çıxış edir. Yekun hesab Azərbaycan komandasının xeyrinə 3.5-2.5 olub.
Dünya Rapid və Blitz Komanda Çempionatı Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təşkil olunan nüfuzlu yarışdır. Turnirdə sürətli formatlarda aparıcı klublar və milli komandalar mübarizə aparır. Hazırda əsasən gənc və yüksələn istedadlardan ibarət “Odlar Yurdu” komandası 15 xala malikdir və turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.
Teqlər: