Azərbaycan və Almaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayacaq
Azərbaycan və Almaniya liderləri arasında yüksək səviyyəli görüş zamanı strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması nəzərdə tutulur. Prezident İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hazırda təkbətək danışıqlar aparırlar. Bundan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriləcək.
Səfərin əsas nəticələrindən biri “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üzrə strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasının gözlənilməsidir. Bu təşəbbüs Azərbaycan-Almaniya münasibətlərində mühüm inkişaf mərhələsi kimi qiymətləndirilir.
Almaniya Avropa İttifaqı çərçivəsində Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Tərəflər enerji təhlükəsizliyi, ticarət və infrastruktur daxil olmaqla bir sıra sahələrdə əməkdaşlıq edirlər. Yeni strateji bəyannamə siyasi dialoqu dərinləşdirməyi və iqtisadi əlaqələri genişləndirməyi hədəfləyir. Bu sənəd iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın daha da irəliləməsinə xidmət edəcək.
Teqlər: