Azərbaycan və İran arasında yük daşımaları yenidən bərpa edildi

Azərbaycan və İran arasında yük daşımaları yenidən bərpa edildi

portfel.az xəbər verir ki, Azərbaycanİran arasında bütün növ nəqliyyat vasitələri ilə yük daşımaları yenidən bərpa olunub.

Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti AZƏRTAC agentliyinə məlumat verib.

Məlumata görə, iki ölkə arasında dövlət sərhədindən yük daşımaları üçün bütün növ nəqliyyat vasitələrinin giriş-çıxışı və tranzit əməliyyatları 9 mart 2026-cı il saat 10:00-dan etibarən bərpa edilib.

Qərar həm ikitərəfli ticarət daşımalarını, həm də Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit yük daşımalarını əhatə edir.