Azərbaycan XİN 15 iyul münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan XİN 15 iyul münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi 15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib.

Nazirliyin mesajında demokratiyanı, milli iradəni və birliyi müdafiə edərkən həyatını qurban vermiş şəhidlərin xatirəsi ehtiramla yad olunub, qazilərə minnətdarlıq ifadə edilib.

Bəyanat Türkiyə Respublikasına Demokratiya və Milli Birlik Günü münasibətilə xoş arzularla yekunlaşıb.