Bugün Laçının azad edilməsinin 4-cü ilidir!
Azərbaycan 26 avqust 2026-cı il Laçın şəhərinin azad edilməsinin 4-cü ildönümünü qeyd edir. 26 avqust 2022-ci il Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub, Zabux və Sus kəndləri ilə birlikdə bu əraziləri Azərbaycanın nəzarətinə qaytarıb.
Laçın rayonu Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci il Azərbaycana qaytarılıb. Lakin Laçın dəhlizi şəhərin içindən keçdiyi üçün ərazi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalıb. Tərəflər 10 noyabr 2020-ci il Laçın dəhlizinə alternativ yeni yolun 3 il ərzində tikilməsi barədə razılığa gəliblər. Azərbaycan bu yolu xeyli əvvəl tamamlayıb və tikinti 1 il 8 aydan sonra yekunlaşdırılıb.
2 avqust 2022-ci il Azərbaycan yeni yolun hazır olduğunu açıqlayıb və qüvvələrinin 5 avqustdan etibarən Laçına daxil olaraq şəhərə nəzarəti bərpa edəcəyini bildirib. Erməni əsilli sakinlər ərazini boşaltmaq üçün 25 avqusta qədər əlavə vaxt istəyiblər. İşğal dövründə əvvəlki qanunsuz məskunlaşmaya baxmayaraq, Azərbaycan bu müraciəti qəbul edib. Azərbaycan qüvvələri 26 avqust 2022-ci il Laçın şəhəri, Zabux və Sus kəndlərində tam təhlükəsizliyi təmin edib.
21 sentyabr 2022-ci il Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb. Bundan qısa müddət sonra Laçın və ətraf kəndlərdə bərpa və inkişaf işlərinə başlanılıb. Bu proses məcburi köçkünlərin geri qayıtmasına imkan yaradıb. Laçın şəhərinə ilk köç 27 may 2023-cü il baş tutub və qayıdış prosesi davam edir.
31 iyul 2023-cü il imzalanmış prezident sərəncamı ilə azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sənədə əsasən, 26 avqust Laçın Şəhəri Günü elan olunub və bu tarix hər il rəsmi mərasimlərlə qeyd edilir.
Teqlər: