Azərbaycan XİN Pakistanda şaxta qəzası ilə bağlı başsağlığı verdi

Azərbaycan XİN Pakistanda şaxta qəzası ilə bağlı başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür şaxtası qəzası ilə bağlı başsağlığı verib.

Hadisə nəticəsində çox sayda insan həlak olub və yaralanıb. Nazirlik həlak olanların ailələrinə, eləcə də Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı çatdırıb.

Qurum yaralılara tezliklə şəfa diləyib və hadisədən zərər çəkən bütün şəxslərin mümkün qədər qısa zamanda xilas olunacağına ümid etdiyini bildirib.