Qarabağın Konfrans Liqasındakı potensial rəqibi müəyyənləşdi
UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. Qarabağın potensial rəqibi müəyyənləşib: Azərbaycan klubu üçüncü təsnifat mərhələsində Kiyev Dinamosunu məğlub etsə, Niderlandın Tvente və Slovakiyanın DAC 1904 komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk oyunları 20 avqusta, cavab görüşləri isə 27 avqusta təyin olunub.